Bank Of Baku

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək

Bujar Osmani

© APA | Bujar Osmani

# 10 aprel 2023 10:04 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat xidməti məlumat verib.

Bujar Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün 10-13 aprel tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

O, parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər tərəfdaşlarla da görüşlər keçirəcək.

Səfər çərçivəsində ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR