“Yenidən Bakıda. Münhendəki görüşlərdən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə substantiv danışıqları səbirsizliklə gözləyirəm”.
APA xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Twitterdə paylaşəm edib.
***
15:30
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlir.
Bu barədə APA-ya Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən bildirilib.
Qeyd olunub ki, Aİ-nin region üzrə Xüsusi Nümayəndəsi yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində sabah Bakıda görüşlər keçirəcək.