Bank Of Baku

Avropa Şurası Azərbaycanla əməkdaşlıq imkanlarının daha da genişlənəcəyinə əmindir - FOTO

Avropa Şurası Azərbaycanla əməkdaşlıq imkanlarının daha da genişlənəcəyinə əmindir - FOTO
# 09 dekabr 2022 15:25 (UTC +04:00)

"Avropa hazırda bir sıra ciddi problemlərlə üz-üzədir. Biz irəlilədikcə, Azərbaycan və Avropa Şurası arasında birgə əməkdaşlıq da həmişəkindən daha vacib olacaq".

APA xəbər verir ki, bunu Azərbaycan və Avropa Şurası arasında 20 illik əməkdaşlığa həsr olunmuş Avropa Şurasının Bakıdakı Ofisi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa Şurası Baş katibinin müavini Byorn Berqe iştirakçılara video müraciətində deyib. "Bu, həm Avropa Şurasının, həm də Azərbaycan Respublikasının əməkdaşlığa və son 20 il ərzində birlikdə gördüyümüz işə sadiqliyimizi göstərir", Berge bildirib.

Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra Avropa Şurasının 65 konvensiyasını imzalayıb və ratifikasiya edib, 9 Qismən Sazişə qoşulub. Baş katibin müavini Lanzarote Konvensiyasının (Uşaqların Cinsi İstismar və Seksual Xarakterli Hərəkətlərdən Müdafiəsinə dair Avropa Şurası Konvensiyası) bu yaxınlarda baş tutan ratifikasiyasından bəhs edib və bu addımın indiki və gələcək gənc nəsillərin sağlamlığı və rifahı üçün əhəmiyyətini vurğulayıb.

Berqe bildirib ki, Avropa Şurası Azərbaycanla əməkdaşlıq təşəbbüsləri vasitəsilə Azərbaycanın məişət zorakılığı ilə mübarizə üzrə ilk Milli Fəaliyyət Planına "xüsusən də qadınların daha çox təhlükəsizlik şəraitində yaşaya bilməsi üçün" töhfə verib. "Ədliyyənin daha əlçatan və möhkəm olması üçün" pulsuz hüquqi yardımın göstərilməsi və məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericilik üzərində iş də davam etdirilir.

Azərbaycan Avropa Şurasının Baş Katibi və Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən cari ilin aprelində işə salınan plan da daxil olmaqla, üç birgə razılaşdırılmış Fəaliyyət Planı vasitəsilə Avropa Şurasının xüsusi dəstəyindən yararlanıb. Fəaliyyət planının yeni prioritetlərinə ayrı-seçkiliyə qarşı mübarizə, ifadə azadlığı və insan alveri ilə mübarizə daxildir.

Byorn Berge gələcək əməkdaşlıq imkanlarından danışaraq, əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. O, Bakının mütəmadi olaraq Ümumdünya Forumuna ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoq sahəsini xüsusi qeyd edib. O qeyd edib ki, Azərbaycanın dinlərarası dialoq üzrə əməkdaşlığımıza yenidən başlamağa böyük marağı olması yüksək qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR