Bank Of Baku

Azərbaycan D8-ə üzv olmaq üçün müraciət edib

Azərbaycan D8-ə üzv olmaq üçün müraciət edib
# 13 aprel 2023 22:50 (UTC +04:00)

Azərbaycan D8-ə (İslam Səkkizliyi - red.) üzv olmaq üçün müraciət edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu təşkilatın yaxın zamanda D20-ə çevirilməsi vacibdir.

Çavuşoğlu həmçinin, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da islahatların aparılmasının lazım olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR