Azərbaycanın mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi üçün mükəmməl beynəlxalq mərkəzə çevrilməsinə dəstək göstərilməsi və itkin düşmüş şəxslərin müəyyən edilməsi üzrə Birləşmiş Krallığın təcrübəsini (və nou-hau) əldə etmək üçün əməkdaşlığın araşdırılmasına dair razılıq əldə olunub.
“APA-Economics” xəbər verir ki, bu, Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolunda əksini tapıb.
Bundan başqa, protokolda qeyd olunub ki, Birləşmiş Krallıq mina qurbanlarının tibbi reabilitasiyası üzrə bilik və təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Qeyd edək ki, dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.