Bank Of Baku

Azərbaycan səfiri Niderland Senatının Müdafiə Komitəsinin sədri ilə Laçın yolunu müzakirə edib

Azərbaycan səfiri Niderland Senatının Müdafiə Komitəsinin sədri ilə Laçın yolunu müzakirə edib
# 17 yanvar 2023 17:06 (UTC +04:00)

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev ölkə Senatının Müdafiə Komitəsinin sədri Bastian van Apeldoorn ilə görüşüb.

APA xəbər verir ki, bu barədə səfir Rəhman Mustafayev “Twitter”də yazıb.

Səfir bildirib ki, görüş məhsuldar keçib.

“Senatın Xarici İşlər və Müdafiə Komitəsinin sədri Bastian van Apeldoorn ilə geniş məzmunlu görüş baş tutub. Görüş zamanı Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət, Rusiyanın və Avropa İttifaqının regiondakı rolu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması, sülh müqaviləsinin perspektivləri, Laçın yolu ətrafındakı vəziyyət barədə söhbət etdik”, o yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR