Azərbaycan səfiri Rəşad Məmmədov Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini general-mayor Alper Eser ilə görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə səfir “Twitter” hesabında məlumat paylaşıb.
Qeyd olunub ki, görüşlər zamanı Azərbaycan-Türkiyə əməkdaşlığının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, təhlükəsizlik sahəsində əməkdaşlıq da müzakirə olunub.