Azərbaycan və Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
# 19 may 2025 17:57 (UTC +04:00)

Konsulluq sahəsində əməkdaşlıq müzakirə edilib

19 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Oman nümayəndə heyətinə isə Oman Sultanlığının Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin rəisi Mohammed Bin Nasir Al-Mabsali rəhbərlik edib.

İkitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları nəzərdən keçirilib

Görüşdə Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, o cümlədən, hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları, ölkəmizin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.

Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və Oman Sultanlığı arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Vətəndaşlara konsulluq yardımının effektiv təşkili gündəmdə olub


Eyni zamanda, hər iki ölkənin vətəndaşlarına effektiv konsulluq yardımının göstərilməsi istiqamətində müzakirələr keçirilib.

Rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi aparılıb

Konsulluq xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu vurğulanıb.

Ədliyyə, daxili işlər, təhsil və sosial müdafiə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Bundan əlavə, ölkələrimiz arasında ədliyyə, daxili işlər, təhsil, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR