Bank Of Baku

Azərbaycan və Qırğızıstan arasında tədarük ediləcək neft məhsullarının həcmi müəyyənləşdiriləcək

Azərbaycan və Qırğızıstan arasında tədarük ediləcək neft məhsullarının həcmi müəyyənləşdiriləcək
# 31 iyul 2026 10:55 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan və Qırğızıstan arasında tədarük ediləcək neft məhsullarının həcmi müəyyənləşdiriləcək.

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Respublikasının energetika naziri Altınbek Rısbekov bildirib.

“Bu gün “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı. Bu memorandum bizə sıx əməkdaşlıq və qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaq. Neft məhsulları sahəsində memorandumun imzalanması ilə bağlı artıq ilkin razılıq əldə olunub. İndi isə qarşıda duran əsas vəzifə əməkdaşlığın hansı istiqamətlərdə və hansı mexanizmlərlə davam etdiriləcəyini müəyyənləşdirməkdir. Eyni zamanda elektrik enerjisi, yəni energetika sahəsində də əməkdaşlığımız nəzərdə tutulur. Bu istiqamətdə də yol xəritələri imzalamışıq və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı xoş niyyət mövcuddur”, - deyə Qırğızıstan Respublikasının energetika naziri Altınbek Rısbekov qeyd edib.

Altınbek Rısbekov hazırda konkret həcmlərə dair ilkin danışıqlar aparıldığını nəzərə çatdırıb: “Tərəflər artıq qarşılıqlı niyyətlərini ifadə ediblər. Düşünürəm ki, yaxın vaxtlarda konkret həcmlər və tədarük mexanizmləri müəyyənləşdiriləcək. Yaxın günlərdə bütün mexanizmlər dəqiq şəkildə hazırlanacaq. Bu, hər iki prezidentin tapşırığıdır. Hesab edirəm ki, təxminən bir həftə ərzində konkret yol xəritəsi hazırlanacaq və tədarük mexanizmi tam müəyyənləşəcək. Söhbət həm bütün növ neft məhsullarından, həm də xam neftdən gedir. Eyni zamanda energetika sahəsində də əməkdaşlığımız nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR