Bank Of Baku

Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır - RƏY

Milli Məclisin iclası

© APA | Milli Məclisin iclası

# 17 fevral 2023 12:11 (UTC +04:00)

“Türkiyədəki fəlakət bütün dünyanı sarsıdıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Elman Nəsirov bildirib.

Elman Nəsirova deyib ki, ikili standartlara baxmayaraq, Avropa İttifaqı Türkiyəyə yardımla bağlı donor konfransı keçirməyə, BMT Türkiyəyə 1 milyard dollar yardım ayırmağa hazırlaşır: “Azərbaycan xalqının isə bu fəlakət fonunda Türkiyəyə dəstəyi daha da artdı”.

Deputat Aydın Hüseynov Azərbaycanla Türkiyənin hər zaman bir-birinə dəstək olduğunu bildirib.

Deputat Azər Badamov nəzərə çatdırılıb ki, Azərbaycanda Türkiyəyə yardım ümumxalq kampaniyasına çevrilib.

Deputat Aqil Məmmədov da Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu bildirib.

Deputat Fazail Ağamalı Türkiyədə baş verən faciəyə Azərbaycanın faciəsi kimi yanaşdığını söyləyib: “Bu faciəyə ilk reaksiya verənlər Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva oldu. Bizim Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyədə fəlakət zonasında fəaliyyətini də xüsusi qeyd etmək istəyərdim”.

Deputat Kamal Cəfərov isə qeyd edib ki, Türkiyənin faciəsindən daxili və xarici siyasi maraqlar üçün istifadə etmək istəyənlər nə azərbaycanlı, nə də türkdür: “Bu faciədən zərər çəkənlərin hisslərinə siyasi məzmun verənləri, bu ağır faciəni siyasi mənfəətə çevirmək istəyən hər kəsi qınayıram. Bu gün birlik, bərabərlik zamanıdır, siyasət zamanı deyil. Siyasəti çirkinləşdirməyin”.

O, güclü və qüdrətli Türkiyə dövlətinin bu çətinliyi də aşacağına, bu acı sınaqdan da şərəflə çıxacağına əminliyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR