Bank Of Baku

Azərbaycan XİN Estoniyaya etiraz edib

Azərbaycan XİN Estoniyaya etiraz edib
# 19 dekabr 2022 22:44 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-ə etiraz edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN rəsmi Tvitter hesabında bildirib.

“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adları ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, - Azərbaycan XİN bildirib.

Qeyd edək ki, Estoniya XİN Tvitter hesabında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR