Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
APA xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
“Biz Pakistanın Mastunq şəhərindəki məscidin yaxınlığında və Hanqu şəhərindəki məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Biz qardaş Pakistan hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, - məlumatda deyilir.