Azərbaycanın Belçikadakı səfiri və Avroap İttifaqındakı Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçika Xarici İşlər Nazirliyinə və polisə təşəkkür edib.
APA xəbər verir ki, bu barədə səfir “X” paylaşımında bildirib.
“Oktyabrın 1-də erməni ekstremistlərinin Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığının qarşısının alınması üçün lazımi ehtiyat tədbirlərinin görülməsinə görə, Belçika Xarici İşlər Nazirliyinə və Brüsselin Montqomeri Polis Departamentinə minnətdarlığımızı bildiririk. Çox sağ ol!”, - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, diplomat oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diaspor təşkilatları Fransadan gələn analoji radikal dəstələrlə birlikdə Brüsselin Rond-Point Şuman meydanında mitinq təşkil edəcəyi haqqında xəbərdarlıq etmişdi.
Səfir mitinqdən sonra ekstremist dəstələrin Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırdıqlarını bildirmişdir.