Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi şəhərciyin təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi şəhərciyin təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB
# 29 aprel 2023 14:24 (UTC +04:00)

Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi şəhərciyin təməlqoyma mərasimi keçirilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, təməlqoyma mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı şəklində qatılıb.

Mənzillərin 1 il ərzində sahiblərinə təhvil verilməsi nəzərdə tutulub.

***

13:33

Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.

O qeyd edib ki, artıq layihənin təməli atılıb və 1 il ərzində həmin evlər zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcək.

Ərdoğan qeyd edib ki, şəhərcikdə məktəb, məscid və digər tikililər də inşa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR