Bank Of Baku

Azərbaycanın NATO-dakı nümayəndəsi: Son iki ildə səfirliklərimizə 5 hücum olub

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə

© APA | Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə

# 27 yanvar 2023 12:39 (UTC +04:00)

Son iki ildə Azərbaycan səfirliklərinə 5 hücum olub.

APA xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Tehrandakı səfirliyə silahlı hücumla bağlı "Twitter" hesabındakı paylaşımında bildirib.

"Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Bir təhlükəsizlik əməkdaşı həlak olub, ikisi yaralanıb. Azərbaycanın diplomatik missiyalarına son iki ildə 5 hücum olub. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq", - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR