Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Albaniyanın NATO-dakı səfiri ilə görüşüb.
APA xəbər verir ki, bununla bağlı azərbaycanlı diplomat "X" hesabında paylaşım edib.
"Bu gün Albaniya Respublikasının NATO-da yeni təyin olunmuş daimi nümayəndəsi, səfir İlir Gjoni ilə görüşməkdən məmnun oldum.
Görüşdə NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Albaniyanın regionda qaz tranzit ölkəsi kimi rolu, həmçinin ikitərəfli əlaqələr və iki ölkə arasında yüksək səviyyəli səfərlər barədə fikir mübadiləsi apardıq", - Cəfər Hüseynzadə paylaşımında bildirib.