Azərbaycanla Bosniya və Herseqovinanın mina təmizlənməsi sahəsində əməkdaşlığı müzakirə edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçlə geniş tərkibdə görüşü zamanı bildirilib.
Qeyd edilib ki, Azərbaycanın və Bosniya və Herseqovinanın minalardan əziyyət çəkən, minalarla çirklənmiş ölkələr olduğu vurğulanaraq, bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edilib.