Bank Of Baku

Bakıda “Ermənistan-Azərbaycan münaqişəsi və Heydər Əliyev” adlı panel keçirilib - FOTO

Bakıda “Ermənistan-Azərbaycan münaqişəsi və Heydər Əliyev” adlı panel keçirilib  - FOTO
# 05 may 2023 13:21 (UTC +04:00)

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Ümummili lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Ermənistan-Azərbaycan münaqişəsi və Heydər Əliyev” adlı panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru BMTM İdarə Heyətinin üzvü Gülşən Paşayeva olub.

Heydər Əliyevin böyük şəxsiyyət olduğunu vurğulayan Türkiyənin “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi”nin sədri Akkan Suver deyib ki, uzun müddət Heydər Əliyevin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfində çıxış etməsini arzulayıb və bu, mümkün olub. Həmin çıxışdan sonra Heydər Əliyevin Vəqfin fəxri üzvü sevildiyini xatırladan Akkan Suver Ümummilli liderin Azərbaycanın problemlərinin həlli üçün mühüm, strateji addımlar atdığını vurğulayıb:

“Azərbaycan 202-ci ildə 44 günlük savaşda torpaqlarını işğaldan azad etdi. Bu gün isə Ermənistan və tərəfdarları yaranmış status-kvonu qəbul etməlidir. Məsələn, ABŞ Qarabağ ermənilərə mədəni muxtariyyət verilməsini istəyir. Vaşinqton Qarabağda ermənilərə status verilməsinə nail olaraq bölgədə təsir dayağı yaratmaq istəyir. Fransanın da mövqeyi məlumdur. Bir daha vurğulamaq istəyirəm ki, Ermənistan və tərəfdarları yaranmış status-kvonu qəbul etməlidir. Ermənistanın sülh danışıqlarında barışcıl mövqe tutmasa, Azərbaycanın Ordusunun əməliyyat keçirməsini gündəmə gətirməsi istisna olmayacaq. Ermənistan Azərbaycana qarşı koalisiya axtarışında olmamalı, Azərbaycanla sülhə can atmalıdır. Ermənistan hərbi yolla nəyəsə nail ola bilməyəcək. İki il əvvəl Qarabağ məsələsinə nöqtə qoyulub. 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan istisna ilə, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Ermənistanın öz sərhədlərini dönməsi sülh danışıqlarının nəticə verməsi üçün əsasdır. Ermənistan sülh müqaviləsindən sonra nəfəslik əldə edəcək. Zəngəzur dəhlizi Azərbaycanın təbii haqqı olan strateji dəhlizdir. Üçtərəfli Bəyanatda Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi öhdəliyi var. Ermənistan təxribatlardan əl çəkməli, səmimi əməkdaşlıq etməlidir. İranın tələm-tələsik Qafanda konsulluq açmasının sülh prosesinə nə faydası var? “Nemezis”-lə əməliyyatı ilə bağlı abidə açmağa nə ehtiyacı var? Bundan sonra Türkiyənin hava sərhədlərini bağladı, Ermənistan üçün belə təxribatın nə faydası oldu?”.

Zoom vasitəsi ilə tədbirə qoşulan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza qeyd edib ki, Heydər Əliyev strateji balansı təmin etməyə çox ehtiyatlı yanaşıb: “Əsrin müqaviləsi”nə baxsaq, ABŞ, Avropa ölkələri, Rusiya və İran şirkətləri vardı”.

Metyu Brayza Qarabağ münaqişəsinin həlli ilə bağlı Heydər Əliyevin fəaliyyətindən danışıb: “2001-ci ildə ABŞ-da Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşündə paket həldən söhbət gedir. Ancaq tərəflər hələ tərəflər hazır deyildi”.

Sonrakı dövrdə Qaradağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrə toxunan Metyu Brayzanın sözlərinə görə, Prezident İlham Əliyevin də mövqeyi birmənalı olub: “Azərbaycan müharibəni unudub, Qarabağ Azərbaycandır”.

Metyu Brayza Zəngəzur dəhlizinin açılmasını da vacib sayıb.

Azərbaycan Respublikası Prezidentinin sabiq mətbuat katibi Tofiq Abbasov Heydər Əliyevin dərin strateji düşüncəyə malik olduğunu vurğulayıb: “Heydər Əliyev hər zaman xaricdə görüşlərdən sonra mətbuat nümayəndələri ilə görüşür, keçirilən görüşlərlə bağlı vacib məqamları nəzərə çatdırırdı. Bakıya qayıdanda da yenə aeroportda mətbuat nümayəndələrinin suallarını cavablandırırdı”.

Tofiq Abbasov Ermənistanın o zamankı prezidenti Robert Köçəryanın Heydər Əliyevlə görüşdə hər zaman özünü yığışdırdığını söyləyib: “Heydər Əliyev hər zaman görüşlərdə zamanın Azərbaycanın lehinə işlədiyini bildirirdi. Ancaq Ermənistan təklif olunan şanslardan yararlanmadı. Onu da deyim km, 2016-cı ildə üçüncü qüvvə müdaxilə etməsəydi, Azərbaycan o zaman məsələni həll edəcəkdi. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qələbəni təmin etdi”.

BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov Heydər Əliyevin fəaliyyətindən bəhs edib.

Tədbir müzakirələrlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR