Bank Of Baku

Baş direktor: AEBA Ukraynada hər milli qram nüvənin hərbi məqsədlər üçün istifadə edilmədiyini yoxlayır

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 02 mart 2023 13:25 (UTC +04:00)

AEBA nüvə təhlükəsizliyi sahəsində hər addımında bütün şübhəli hallar və iddialarla bağlı araşdırmalar aparır, izahlar verir.

Bunu Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi APA-nın sualına cavab olaraq bildirib.

“Bir neçə ay əvvəl Ukraynada çirkli bombaların hazırlanması ilə bağlı iddialar səsləndirildi. Biz dərhal reaksiya verdik. AEBA oraya getdi, araşdırma apardı və bəyan etdi ki, bunlar doğru deyil və bu istiqamətdə bütün yanlışlıqları və şübhələri aradan qaldırdı.

Biz Ukraynada çalışırıq və hər milli qram nüvənin belə hərbi məqsədlər üçün istifadə edilmədiyini yoxlayırıq və bunu davam etdiririk”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR