Bank Of Baku

Baş katibin köməkçisi: NATO-Azərbaycan tərəfdaşlığından hər iki tərəf faydalanır

Baş katibin köməkçisi: NATO-Azərbaycan tərəfdaşlığından hər iki tərəf faydalanır
# 03 may 2023 12:22 (UTC +04:00)

Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır.

APA xəbər verir ki, bunu NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik üzrə köməkçisi, general Devid Kettler Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra bildirib.

“Azərbaycanın NATO-dakı missiyasına və Hikmət Hacıyevə zəngin müzakirəmizə görə təşəkkür edirəm. Azərbaycan 20 ildən çoxdur ki, NATO ilə tərəfdaşlıq edir. Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır”, - Kettler qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR