Bank Of Baku

Berlində Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - VİDEO

Berlində Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - VİDEO
# 13 dekabr 2022 09:57 (UTC +04:00)

Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdəki çıxışında Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salıb, onun müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı əvəzsiz xidmətlərindən bəhs edib.

Bildirib ki, Azərbaycanı firavan, qüdrətli və sözün əsl mənasında müstəqil görmək onun həyat amalını təşkil edib.

O, müstəqilliyimizin ilk illərində ölkəmizin qarşılaşdığı ciddi problemlərdən məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qurtulduğunu söyləyib.

Səfir, həmçinin qeyd edib ki, Ulu Öndərin sayəsində təşəkkül tapmış və möhkəmlənmiş müasir Azərbaycan dövlətçiliyi hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişaf və yüksəliş yolunda inamla irəliləməkdədir. N.Ağayev iki il öncə Ulu Öndərin vəsiyyətinin reallaşdığını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.

Anım tədbirində Almaniyada fəaliyyət göstərən musiqiçilərimiz - pianoda Nərmin Nəcəfli və skripkada Fəridə Rüstəmovanın ifasında tanınmış Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, habelə xarici bəstəkarların musiqi əsərləri səsləndirilib.

Sonra ehsan verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR