Bank Of Baku

Beynəlxalq səyyahlar Horadiz-Ağbənd avtomobil yolunda görülmüş işlərlə tanış olublar - FOTO - YENİLƏNİB

Beynəlxalq səyyahlar Horadiz-Ağbənd avtomobil yolunda görülmüş işlərlə tanış olublar - FOTO  - YENİLƏNİB
# 10 oktyabr 2026 12:18 (UTC +04:00)

Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

APA-nın bölgə müxbiri xəbər verir ki, səyyahlar Zəngilan rayonuna səfərləri zamanı Horadiz–Ağbənd avtomobil yolu və dəmir yolu xəttində aparılan tikinti işləri ilə tanış olublar.


Onlara bildirilib ki, uzunluğu 126,3 kilometr olan Horadiz–Ağbənd avtomobil yolunda, eləcə də uzunluğu 110,4 kilometr təşkil edən dəmir yolu xəttində tikinti işləri mərhələli şəkildə həyata keçirilir. Dəmir yolu xətti üzrə birinci mərhələnin böyük hissəsi tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.


Qeyd edək ki, 13 ölkədən təxminən 40 nəfərin qatıldığı səfər Azərbaycanın qədim tarixini və mədəni irsini əks etdirən abidələrlə tanışlığı da əhatə edir. Bu, beynəlxalq səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir.

***

09:57

Nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahların Zəngilana səfəri başlayıb.


APA-nın yerli bürosu xəbər verir ki, səyyahlar səfər çərçivəsində Horadiz-Ağbənd avtomobil yolunda görülmüş işlərlə tanış olublar.


Qeyd edək ki, beynəlxalq səyyahların bu gün Cəbrayıl rayonunda minatəmizləmə əməliyyatı ilə də tanış olması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR