Bank Of Baku

Blinkenin köməkçisi: Qarabağdakı Rusiya sülhməramlıları heç bir konstruktiv rol oynamır

Karen Donfrid

© APA | Karen Donfrid

# 28 yanvar 2023 13:06 (UTC +04:00)

Moskva və İranın Cənubi Qafqazda fəallığı narahatlıq doğurur.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qarabağdakı rusiyalı sülhməramlılar heç bir konstruktiv rol oynamır, İran isə Cənubi Qafqazda öz siyasi, hərbi və iqtisadi gücünü artırmağa çalışır.

“Bu narahatlıq son 1 ildə Rusiyanın Ukraynada müharibəsi səbəbi ilə daha da artıb”, - Karen Donfrid deyib.

Diplomatın fikrincə, Rusiya və İranın regional aktivliyi Azərbaycan-Ermənistan sülh prosesinə daha çox aktuallıq verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR