BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan hökumətinə və xalqına qlobal məqsədlərə nail olmaq üçün dəstəyimizi davam etdirəcək.
APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “Twitter”də yazıb.
“Bu gün biz Azərbaycanın BMT-yə üzv olmasının 31-ci ildönümünü qeyd edirik. BMT-nin Azərbaycandakı nümayəndəliyi qlobal məqsədlərə nail olmaq üçün Azərbaycan xalqına və hökumətinə dəstəyini davam etdirəcək”- Vladanka Andreeva qeyd edib.