Bank Of Baku

BMT BA Prezidenti: Azərbaycanın "yaşıl enerji"yə necə keçdiyini görürük və bundan təsirlənirik

BMT BA Prezidenti: Azərbaycanın "yaşıl enerji"yə necə keçdiyini görürük və bundan təsirlənirik
# 02 mart 2023 11:04 (UTC +04:00)

“Dünyanın ehtiyac olduğu zamanda Qoşulmama Hərəkatı öz səylərini səfərbər etdi”.

APA xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə çıxışında BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi deyib.

O bildirib ki, dünya ehtiyac olduğu dövrdə Qoşulmama Hərəkatı səylərini səfərbər edib: “COVID-19 sadəcə bizim gələcəyimizə bir kiçik pəncərədir, alimlər artıq gözləyirlər ki, yaxın gələcəkdə, 10 il ərzində yeni pandemiyalarla üzləşə bilərik, bununla bağlı 25 faiz şans var. Biz transformativ həll yolu üzərində işləməliyik. Əsas qaz və neft istehsalçısı olan Azərbaycanın yaşıl transformasiya etdiyini, “yaşıl enerji”yə necə keçdiyini görürük və bundan təsirlənirik. Bu istiqamətdə bütün ölkələrə çağırış edirik”.

O deyib ki, bu, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR