Bank Of Baku

BMT Baş Assmableyasının Prezidenti Azərbaycana gəlib

BMT Baş Assmableyasının Prezidenti Azərbaycana gəlib
# 02 mart 2023 07:09 (UTC +04:00)

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

APA xəbər verir ki, bu barədə BMT rəsmisi "Twitter" hesabında məlumat verib.

"Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev tərəfindən səmimi qarşılandım.
Azərbaycanın məlumatlara, dəlillərə və elmə əsaslanan ağıllı enerjiyə keçidindən çox təsirləndim.

Yaşıl enerji transformasiyasında liderlik edən ölkəyə səfər etməkdən məmnunam", o paylaşımında qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR