Bank Of Baku

BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram

BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram
# 13 mart 2025 11:25 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevə sıx qrafikdə vaxt ayıraraq ötən gün məni qəbul etdiyinə görə təşəkkür edirəm.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bildirib.

Migel Anxel Moratinos deyib ki, dünyada dözümsüzlük artır: “Mən islamofobiyaya qarşı da xüsusi iş aparıram. BMT-nin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin olunanda plan təqdim edəcəm. Sülhü bir gündə bərpa etmək mümkün deyil, finişə çatmaq üçün davamlı səy lazımdır. Gəlin dinc dünyaya aparan yolda birgə addımlayaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR