Bank Of Baku

BMT: Dünya ictimaiyyəti Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatırmalıdır

BMT: Dünya ictimaiyyəti Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatırmalıdır
# 09 mart 2023 11:00 (UTC +04:00)

“X Qlobal Bakı Forumunda iştirakdan olduqca məmnunam”.

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima bildirib.

Vinni Byanima deyib ki, dünyada iqlimdən tutmuş münaqişələrə qədər çətinlik çağırışlar var: “Pandemiyanın elan olunmasından artıq 3 il ötüb. Bu illər ərzində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı qarşıya qoyulan vəzifələr istədiyimiz kimi icra olunmayıb. Dünya ictimaiyyəti bir araya gəlməli və Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatırmalı, yeni beynəlxalq maliyyə sistemi qurulmalıdır. Bu halda maliyyə ədalətli qaydada yönəldilə bilər”.

BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru qeyd edib ki, il ərzində 1,5 milyon insan İİV-ə yoluxur: “İİV-lə bağlı epidemiya dünyada davam edir. Biz müalicə dərmanlarının hazırlanması üçün sərmayə yatırmalıyıq. Biz vətəndaş cəmiyyəti institutlarının fəallığı ilə müəyyən irəliləyişə nail ola bilərik. Çünki müəyyən mərhələyə qədər müalicə mümkündür. Düşünməliyik ki, çətinliklərin həlli üçün nə edə bilərik. Əslində mən nikbinəm. Birgə Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR