BMT missiyası növbəti dəfə Qarabağa gəlib - VİDEO - FOTO

BMT missiyası növbəti dəfə Qarabağa gəlib - VİDEO  - FOTO
# 09 oktyabr 2023 10:39 (UTC +04:00)

BMT missiyası növbəti dəfə Qarabağa gəlib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib.

Emin Babayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR