"Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm".
APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Twitter"də bildirib.
"Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirəm", BMT-nin Azərbaycandakı nümayəndəsi qeyd edib.