Bank Of Baku

BMT-nin rezident əlaqələndiricisi: Müharibədən sonra yüzlərlə azərbaycanlı mina qurbanı olub

BMT-nin rezident əlaqələndiricisi: Müharibədən sonra yüzlərlə azərbaycanlı mina qurbanı olub
# 04 noyabr 2023 11:02 (UTC +04:00)

Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır.

APA xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda noyabrın 4-də parlamentdə keçirilən ictimai dinləmə zamanı səsləndirib.

O bildirib ki, müharibədən sonra yüzlərlə azərbaycanlı mina partlayışının qurbanı olub. Təkcə son 3 ildə 65 mülki insan həyatını itirib: “Mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneçilik törədir. Mina təhlükəsi nəticəsində nəinki insanlar həyatını itirir, bu təhlükə həm də torpağa, onun münbitliyinə mənfi təsir edir”.

Bu sahədə ANAMA-nn işini yüksək qiymətləndirən BMT-nin rezident əlaqələndiricisi 2020-ci ildən BMT-nin təşkilat və qurumları ilə aparılan əməkdaşlıq əlaqələrindən söz açıb və xeyli işlər görüldüyünü diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR