Bank Of Baku

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi: Bəşəriyyət böhranla üzləşib

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos

© APA | BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos

# 09 mart 2023 11:05 (UTC +04:00)

"Bəşəriyyət, bəşəri dəyərlər böhranla üzləşib".

APA xəbər verir ki, bunu Qlobal Bakı Forumunda çıxışında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

O, X Bakı Qlobal Forumunda çıxış üçün dəvət edildiyinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib:

"Bakıda, "odlar ölkəsində" olmaq həmişə gözəldir. Dünənki qəbula görə mən Azərbaycan Prezidentinə təşəkkür edirəm. BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir".

Migel Anxel Moratinos bəşəriyyətin çətinliklərlə üzləşdiyini qeyd edərək əlavə edib ki, bu çətinliklər həm də yeni imkanlar və dəyişiklik üçün ümid yaradır: "Biz qlobal və qeyri-müəyyən dünyada yaşayırıq. İqlim dəyişikliyi, münaqişələr, iqtisadi böhranla üzləşirik. Humanitar dəyərlər deqredasiya edir, nifrət nitqi güclənir, gender, din, dil fərqlərinə görə diskriminasiya artır. Radikal diskrus artaraq yeni normaya çevrilir. İnsanlıq, bəşəri dəyərlər böhranla üzləşir".

Migel Anxel Moratinos çıxışında Rusiyanın Ukraynada apardığı müharibəyə də toxunaraq onun qlobal nəticələri barədə qeyd edib. "Çoxtərəflilik artıq aradan qalxıb. İkili standartlar çoxtərəfliliyi aradan qaldırıb. Dünyada qütbləşmə gedir. Fərqliliyi, mədəni fərqliliyi müdafiə etmək, qorumaq insanlıq üçün vacibdir. Biz həmrəylik göstərərək çətinliklərin öhdəsindən gələ bilərik", - o söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR