"Minaların təmizlənməsi həm sülh, həm də inkişaf üçün ən mühüm amildir".
APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda deyib.
O bildirib ki, bu sahədə BMT Azərbaycanla birgə işləyir və 1997-ci ildən bəri ANAMA ilə əməkdaşlıq edir:
"Bura minaların təmizlənməsi istiqamətin texniki təchizatların verilməsi, təcrübələrin bölüşülməsi, hazırlıq və təlimlərin keçirilməsini əlavə etmək olar. İnsanların yaşayış yerlərinə təhlükəsiz qayıtması üçün bunlar mühüm amillərdir. Lakin hələ görüləsi çox iş var. Biz bu məsələdə ANAMA-nı dəstəkləməyə davam edəcəyik".