Bank Of Baku

Bolqarıstanın sabiq prezidenti: Avropa İttifaqı olaraq çoxlu səhvlər buraxmışıq

Bolqarıstanın sabiq prezidenti: Avropa İttifaqı olaraq çoxlu səhvlər buraxmışıq
# 16 mart 2024 09:31 (UTC +04:00)

Avropa İttifaqı olaraq çoxlu səhvlər buraxmışıq. Hansı ki, bir xeyli dağıdıcı müharibələr baş verib. Bu, Brüsselin bürokratik səhvlərinin nəticəsidir.

APA xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə zamanı deyib.

"Avropa İttıfaqı həm də yaxşı qonşuluq münasibətləri sərgiləməli, yaxşı qonşuluq siyasəti irəli sürməlidir", - o əlavə edib.

Sabiq prezidentin sözlərinə görə, Rusiyanın Ukraynada müharibəyə başlaması İkinci Dünya müharibəsindən sonra ikinci böyük utancdır.

"Düşünürəm ki, Rusiya bir gün demokratik ölkəyə çevriləcək", - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR