Bank Of Baku

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri: Azərbaycan bizim üçün çox mühüm ölkədir

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri: Azərbaycan bizim üçün çox mühüm ölkədir
# 13 aprel 2023 17:32 (UTC +04:00)

Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu
məsələdə də inkişaf görürük.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç deyib.

“Cənab Prezident, Sizi burada salamlamaq mənim üçün böyük şərəfdir. Sağ olun ki, mənim dəvətimi qəbul etdiniz. Şadam ki, bu gün biz bu fürsəti əldə etmişik. Burada da əzmimizi ifadə edirik ki, əməkdaşlığımızı davam etdirəcəyik”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR