Bank Of Baku

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri: Qərara gəldik ki, əməkdaşlığımızın yeni səhifəsini açaq

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri: Qərara gəldik ki, əməkdaşlığımızın yeni səhifəsini açaq
# 13 aprel 2023 16:28 (UTC +04:00)

Bu gün artıq qərara gəldik ki, əməkdaşlığımızın yeni səhifəsini açaq və daha səmərəli əməkdaşlığa başlayaq.

APA xəbər verir ki, bunu aprelin 13-də Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.


Xanım Jelka Tsviyanoviç iki ölkə arasındakı əməkdaşlıq barədə danışıb: “Fürsətdən istifadə edərək, Prezident İlham Əliyevə və ölkənizə 2014-cü ildə ölkəmizdə baş verən daşqın zamanı göstərilmiş yardıma görə təşəkkür edim. Bizim xalqımız böyük çətinliklərlə üzləşmişdi, Azərbaycan o zaman bizim yanımızda oldu. Daha sonra pandemiya dövründə də Azərbaycan bizə yardım etdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR