Bank Of Baku

Bosniyada Qarabağa dair kitabın təqdimatı keçirilib

Bosniyada Qarabağa dair kitabın təqdimatı keçirilib
# 16 dekabr 2022 12:54 (UTC +04:00)

Bosniya və Herseqovinanın Zenitsa şəhərində “Dağlıq Qarabağda hərb və sülh” (“Rat i Mir u Nagorno Karabahu”) kitabının növbəti təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil olunmuş təqdimat mərasiminə yerli sakinlər, xarici diplomatlar, Bosniyanın ictimai xadimləri və media nümayəndələri qatılıb. Müzakirə iştirakçıları kitab, Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın itkiləri və qələbəsi haqqında məlumat verib, həmçinin kitabın müəllifi Adis Delikoviçin 2021-ci ildə Qarabağla bağlı çəkdiyi sənədli filmi təqdim edilib.

Avqustun ortalarında nəşr olunmuş kitab bundan əvvəl Bosniya və Herseqovinanın digər şəhərləri - Visoko və Tuzlada da oxuculara təqdim edilib.

Qeyd edək ki, məşhur bosniyalı jurnalist Adis Delikoviçin (Adis Deljković) qələmə aldığı kitab Topçubaşov Mərkəzi və onun direktoru Rusif Hüseynovun töhfəsi ilə hazırlanıb. Burada müəllifin Azərbaycana, xüsusilə kütləvi dağıntıları, minalanmış sahələri, eləcə də müharibədən sonrakı yenidənqurma işlərini müşahidə etdiyi Qarabağa səfərləri ilə bağlı şəxsi xatirələri əks olunub. Bundan başqa, Qarabağ münaqişəsinin tarixi və cari proseslər oxuculara izah edilib.

Müəllif kitabda uşaq ikən şahidi olduğu Bosniya müharibəsi ilə paralellər aparıb. Kitabda həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, şəhərləri və görməli yerləri ilə bağlı maraqlı məlumatlara da yer verilib.

“Dağlıq Qarabağda hərb və sülh” (Rat i Mir u Nagorno Karabahu) kitabının rəyçiləri 2000-2010-cu illərdə Xorvatiyanın prezidenti olmuş Styepan Mesiç, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın baş naziri olmuş Zlatko Laqumciya və BMT-də çalışan jurnalist Erol Avdoviçdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR