Bank Of Baku

Britaniya Azərbaycan və Ermənistanı dialoqu davam etdirməyə çağırıb

Britaniya Azərbaycan və Ermənistanı dialoqu davam etdirməyə çağırıb
# 22 fevral 2023 17:43 (UTC +04:00)

Biz tərəfləri həqiqətən də sülh prosesinin və danışıqların davam etdirməsinə çağırır, bunu təşviq edirik.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti jurnalistlərə açıqlamasında bildirib.

“Biz inanırıq ki, irəli doğru getməyin ən yaxşı yolu bütün tərəflərin müsbət ortamda müzakirələr aparmasıdır. Biz artıq açıq şəkildə bildirmişik ki, bu proses davam edərsə, onun çoxlu dividentləri, faydası olacaq. Bu gün Azərbaycan hökumət rəsmiləri, nazirlərlə görüşümdə də bu mövzuda müzakirələrimizdən təsirləndim. Hər kəs sülhün olduğu gələcəyi istəyir. Böyük Britaniya olaraq biz bütün tərəfləri gələcək sülh prosesində səmimi şəkildə iştirak etməyə təşviq edir, çağırırıq. Və mən bugünkü səfərimdən çox təsirləndim”, - nazir Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə danışarkən deyib.

Nazirin fikrincə, gələcək sülh əməkdaşlığa, de-eskalasiyaya və münasibətlərin normallaşmasına əsaslanır:

“İqtisadi inkişaf baş verəndə, hansı ki bunun üçün də geri qaytarılmış ərazilərdə minaların təmizlənməsi və yaşayışın bərpası lazımdır, bu, dayanıqlı sülh üçün imkan yaradacaq. Regional kontekstdə dəyişiklikləri, Putinin Ukraynada apardığı müharibəni nəzərə alsaq, düşünürəm ki, liderlər xalqları sülh içində yaşamağa cəsarətləndirə bilərlər. Məncə, insanların da istədikləri budur. Biz həqiqətən də ümid edirik ki, Qafqaz regionunda liderlər birlikdə oturub de-eskalasiya üçün, gələcək sülh üçün çalışa bilərlər, çünki bu xalqların da istədiyi bir şeydir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR