Bank Of Baku

Britaniyalı nazir: Azərbaycanla Ermənistan arasında konstruktiv danışıqlara ehtiyac var

Britaniyalı nazir: Azərbaycanla Ermənistan arasında konstruktiv danışıqlara ehtiyac var
# 03 mart 2023 15:20 (UTC +04:00)

Fevralın 22-də Azərbaycan xarici işlər naziri və yanvarın 18-də Ermənistanın xarici işlər naziri ilə son danışıqlarda iki dövlət arasında konstruktiv danışıqlara ehtiyac olduğunu vurğuladım.

APA-nın Britaniya bürosu xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti deyib.

Nazir bildirib ki, Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycan arasında müsbət münasibətləri təmin etmək üçün səyləri dəstəkləməyə sadiq qalır və bu məqsədə nail olmaq üçün ikitərəfli kanallar və çoxtərəfli forumlar vasitəsilə fəaliyyətini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR