Azərbaycan və Küveyt arasında bütün sahələrdə əlaqələr inkişaf edib
APA xəbər verir ki, bunu Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Muhammad Almoved deyib.
"Mən demək istərdim ki, Azərbaycan və Küveyt arasında bütün sahələrdə, iqtisadi, turizm və bir sıra digər əlaqələr inkişaf edib. Azərbaycan və Küveyt arasında əlaqələrin inkişafına müştərək Ölkələrarası Komissiya böyük töhfə verir. Komissiyanın 2 iclası artıq keçirilib, 3-cü iclası isə bu il ərzində Küveytdə keçiriləcək. Azərbaycanla Küveyt arasında olan əlaqələrin inkişafına bir çox sahələrə yatırılmış sərmayələr də müsbət təsir göstərir. Əlaqələrin inkişaf etdirilməsi istiqamətində növbəti müzakirələr bu il Küveytdə baş tutacaq iclas zamanı aparılacaq" - Almoved qeyd edib.