Bank Of Baku

Çavuşoğlu Azərbaycana başsağlığı verib, dəstək ifadə edib

Çavuşoğlu Azərbaycana başsağlığı verib, dəstək ifadə edib
# 12 aprel 2023 14:33 (UTC +04:00)

Aprelin 12-də xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu 11 aprel tarixində Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Nazir Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR