Bank Of Baku

Çavuşoğlu: Kılıçdaroğlu Azərbaycanı meqalayihə layihələrindən kənarda qoyur

Çavuşoğlu: Kılıçdaroğlu Azərbaycanı meqalayihə layihələrindən kənarda qoyur
# 13 may 2023 13:18 (UTC +04:00)

Kılıçdaroğlu meqalayihə layihələrindən Azərbaycanı kənarda qoyur.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kanal V-yə müsahibəsində deyib.

Nazir bildirib ki, illərdir Türkiyə Azərbaycanla bir çox layihəni həyata keçirib: “Millətimiz bunların hamısını dəyərləndirir. Digər tərəfdən Ukrayna savaşında Türkiyənin oynadığı rola görə bu gün Türkiyə çox hörmətli bir ölkəyə çevrildi. Bunun memarı Prezident Ərdoğandır. Taxıl Sazişi dünyadakı qida böhranının yaranmasına mane oldu. Amma Kılıçdaroğlu çıxıb deyir ki, mən Qərbliyəm, tərəfsiz olmayacağam”.

Çavuşoğlu əlavə edib ki, Orta Dəhliz daha da gücləndiriləcək: “Mərkəzi Asiyanı Türkiyəyə bağlayan Orta Dəhlizi inkişaf etdirəcəyik. Kılıçdaroğlunun Azərbaycanı kənarda qoyduğu layihələrdəki kimi deyil, bu günə qədər inşa etdiyimiz dəmir yolu və avtomobil yolu, eləcə də enerji boru xətləriylə qurduğumuz layihələrlə Orta Dəhlizi daha da gücləndirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR