Bank Of Baku

Çavuşoğlu: Türkiyə Azərbaycanla Ermənistanı hərtərəfli sülh sazişini imzalamağa təşviq edir

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 10 aprel 2023 18:39 (UTC +04:00)

Azərbaycanla Ermənistan arasında davam edən danışıqlar prosesi bizim üçün çox vacibdir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “A-Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə tərəfləri hərtərəfli sülh sazişini imzalamağa təşviq edir:

“Önəmli logistika layihələrin həyata keçirilməsi baxımından da hərtərəfli dəstək göstəririk. Çünki Orta Dəhlizin önəmi artıb. Ermənistanla bilirsiniz ki, kargo uçuşları və üçüncü ölkələr üçün uçuşları başlatmışıq. Lakin quru sərhədlər zəlzələ səbəbi ilə açılmışdı. Bu quru sərhədlərin açılması üçün siyasi şərtlərlə bərabər, yol və körpülərin təmir edilməsi lazımdır”.

Nazir, Türkiyənin Ermənistanla danışıqları Azərbaycan tərəfi ilə koordinasiya etdiyini xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR