Türkiyənin hərbi sənayesinin inkişafı Azərbaycanın özünü təhlükəsiz hiss etməsini təmin edib. Bu, özünü 44 günlük müharibə zamanı Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi zamanı özünü göstərdi.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, hazırda Türkiyənin hərbi sənaye məhsulları 80% milli imkanlarla istehsal olunur.