Bank Of Baku

Cənubi Koreyada Şimali Koreyanın "tərəfdarları ilə mübarizə" üçün hərbi vəziyyət elan edilib

Prezident Yun Sok Yol

© APA | Prezident Yun Sok Yol

# 03 dekabr 2024 17:41 (UTC +04:00)

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkə ərazisində hərbi vəziyyət elan edib.

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.

Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR