Bank Of Baku

Ceyhun Bayramov: ABŞ-ın rolu nəticəsində Ermənistan yenidən prosesə döndüyünü bəyan edib

Ceyhun Bayramov: ABŞ-ın rolu nəticəsində Ermənistan yenidən prosesə döndüyünü bəyan edib
# 27 aprel 2023 14:27 (UTC +04:00)

Azərbaycan sülh prosesinə və sazişinə inanmasaydı, bunun təşəbbüskarı olmazdı.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Bu çağırış 2020-ci ilin yanvarında cənab Prezident tərəfindən edilib. Sülh sazişi istiqamətində növbəti addımlar da məhz bizim tərəfimizdən edilib. Biz təbii ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk. ABŞ-ın müsbət addımları və rolu nəticəsində ən azından Ermənistan yenidən prosesə döndüyünü bəyan edib. Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək, irəli aparılması üçün əlindən gələni etməyə hazırdır”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR