Bank Of Baku

Ceyhun Bayramov: Minsk qrupu təsisatlarının ləğvi ötən il ATƏT kontekstində ən əhəmiyyətli inkişafdır

Xarici işlər naziri Ceyhun Bayramov

© APA | Xarici işlər naziri Ceyhun Bayramov

# 04 avqust 2026 13:40 (UTC +04:00)

İsveçrəli həmkarımla görüşdə Ermənistanla normallaşma istiqamətində ötən il Vaşinqton sammitinin əhəmiyyətini vurğuladım.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.

“Orada qəbul edilmiş sənədlər sırasında, təbii ki, liderlərin imzaladığı Birgə Bəyannamə, sülh sazişinin paraflanması, o cümlədən Azərbaycanla Ermənistanın ATƏT-ə üzv ölkələrə keçmiş münaqişə ilə bağlı Minsk qrupu təsisatlarının ləğvi üçün birgə müraciətini qeyd edə bilərik. Bu proses ötən ilin dekabr ayında ATƏT çərçivəsində tam həll olundu. Bu təsisatlar ləğv olundu və belə demək olarsa, ATƏT məkanında bir münaqişəyə son qoyuldu. Hesab edirik ki, bu, ötən il ATƏT kontekstində ən əhəmiyyətli inkişafdır”, - Ceyhun Bayramov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR