Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiya Respublikasının paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşü çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Buriç ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xİn Tvitterdə bildirib.
Bundan başqa, baş diplomat İslandiyanın baş naziri Katrin Yakobsdottir ilə də görüş keçirib.