Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlıdır.
APA Azərbaycan XİN-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı bildirib.
Nazir, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.