Bank Of Baku

Ceyhun Bayramov: Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq müzakirə olunub

Ukraynanın xarici işlər naziri Andrey Sibiha və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Ukraynanın xarici işlər naziri Andrey Sibiha və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 06 avqust 2026 12:40 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andriy Sibiha ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının daha da gücləndirilməsi, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında məhsuldar müzakirələr aparılıb.

Tərəflər, həmçinin regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

"Ölkələrimiz dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri ilə bağlıdır", – deyə Ceyhun Bayramov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR